• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Son çəkişmə. Məsələ Avropaya gedir

  • 19 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Ali Məhkəmə hüquqçu Yalçın İmanovun şikayəti üzrə yeni proses təyin edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarından verilən şikayətə oktyabrın 1-də hakim Rahib Nəbizadənin sədrliyi ilə baxılacaq.

İyulun 19-da Novator.az-a danışan Yalçın İmanov deyib ki, 1 oktyabr prosesi ölkə daxilində sonuncu məhkəmə çəkişməsi olacaq.

Yalçın İmanov Azərbaycanda siyasi məhbusların əsas müdafiəçilərindən biri kimi tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Məhkəmə iddiaya baxmayıb. Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərardadı qüvvədə saxlayıb.

Ali Məhkəməyə yeni şikayətində Yalçın İmanov vəkillikdən uzaqlaşdırlıması qərarının ləğvini, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan şəxsi həyata və ailə həyatına hörmət; fikri ifadə etmək azadlığı; yığıncaqlar və birləşmək azadlığı; hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri; mülkiyyətin müdafiəsi hüquqlarının pozuntusunu tanımağı istəyib.

Yalçın İmanov Novator.az-a deyib ki, hüquqlarının müdafiəsi üçün sonadək mübarizə aparacaq. O, Azərbaycan məhkəmələrinin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verdiyini qeyd edib.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Yalçın İmanov: çəkişmələr davam edir

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Yalçın İmanovun işi yekun qərara gedir

Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi

Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq

Yalçın İmanov daha bir şikayət verib

Yalçın İmanovun işi: yenə “yox”

Yalçın İmanov Ali Məhkəməyə şikayət edib

Gəncədə Yalçın İmanovun şikayətinə baxılacaq

Yalçın İmanovun vəkilliyi: məhkəmə daha bir qərar verdi

Yalçın İmanovun işi Ali Məhkəmədə

Ali Məhkəmə hüquqşünasa yox dedi

Rusiyanın qara şəhərləri

  • 19 İyul 2019
  • comments

Sədrlik var, 12-ci sədr yox

  • 19 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda