• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryanın mühakiməsi niyə dayandı?

  • 19 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistanın Konstitusiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın mühakiməsini dayandırıb. Novator.az-ın məlumatına görə, qərar iyulun 18-də qəbul olunub.

Paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmə və sabiq prezident Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin ölkə konstitusiyasına uyğunluğunun araşdırılmasını istəyiblər.

300.1-ci maddə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Robert Köçəryana əsas ittiham həmin maddə ilə verilib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, 300.1-ci maddənin ölkə konstitusiyasına uyğunluğuna Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası rəy verməlidir. Həmin müddətə qədər cinayət işi üzrə mühakimə dayandırılır.

Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən prezidenti olub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət onun varisi Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.

Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.

Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.

2019-cu il mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Mayın 18-də Avan və Nor Nork məhkəməsi pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb, mayın 20-də isə məhkəmə prosesi dayandırılıb, iş rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.

İyunun 25-də Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Robert Köçəryanın azadlığa buraxılması və mühakimənin dayandırılması qərarlarından şikayətlərini təmin edib, Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarı ləğv olunub.

Apellyasiya Məhkəməsinin qərarından dərhal sonra Robert Köçəryan yenidən həbs edilib.

Qarabağlıların dövranı başa çatdı

Şamaxılı erməni general axtarışa verildi

Köçəryan istintaqa çağırılır

Köçəryan istintaqı məntiqsizlikdə günahlandırdı

Köçəryana vaxt qoyulub

Köçəryanı tuturlar

Yuri Xaçaturova da iş qaldırıldı

Köçəryan həbs olundu

Köçəryanın ölkədən çıxması yasaqlandı

Moskvadan Yerevana növbəti təzyiq

Köçəryan yenə həbsə gedir

Köçəryan içəridə qaldı

Köçəryanın azadlığa çıxması düyünə düşdü

Ohanyanın da başı gedir?

Köçəryanla bağlı qərar yanvarın 18-də veriləcək

Köçəryanın həbs müddəti uzadılıb

Köçəryan tərəfdarlarına müraciət edib

Köçəryan rədd cavabı aldı

Köçəryanın cinayət işi böyüyür

Köçəryan və başqaları nədə ittiham olunur?

Köçəryanın həbs müddəti uzadıldı

Köçəryan həbsdə qaldı

Köçəryan və başqalarının işi məhkəməyə getdi

Ermənistan qarışdı

Paşinyan xalqa səsləndi

Köçəryanın mühakiməsi dayandırılıb

Köçəryan yenə həbs oluna bilər

Məhkəmə Köçəryanla bağlı şikayətə baxacaq

Erməni polkovnik 11 il əvvəlki qətlə görə tutulub

Şikayət olacaq

İki vəkilə fərdi fəaliyyət göstərmək yasaq olundu

  • 19 İyul 2019
  • comments

Elmar ziyarəti

  • 19 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda