• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki vəkilə fərdi fəaliyyət göstərmək yasaq olundu

  • 19 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bu həftə Vəkillər Kollegiyası iki vəkilin – Elçin Sadıqov və Aqil Layıcın fərdi fəaliyyətinə xitam verilməsi, onların konkret vəkil bürosuna keçirilməsi barədə qərarlar qəbul edib.

Vəkillər hesab edirlər ki, konkret vəkil bürosu ilə işləməyə məcbur edilmələri onları seçim hüququndan məhrum edir və bu, qanuna ziddir.

Fərdi fəaliyyətin dayandırılması vəkilləri aztəminatlı insanlara pulsuz hüquqi xidmət göstərmək imkanlarından da məhrum edir. Belə ki, büroda xidmət göstərən vəkillər xidmətə görə bu qurumun müəyyən etdiyi məbləği almalı olacaqlar.

Hüquqşünas Yalçın İmanov “Turan”a deyib ki, vəkillərin fərdi fəaliyyətinə xitam verilməsi “Vəkil və vəkillik fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, vəkil qanunvericilik tələblərinə uyğun vəkil tərəfindən yaradılmış qurumların tərkibində fəaliyyət göstərə bilər: “Vəkillik fəaliyyətinin təşkilati-hüquqi formasını vəkil könüllü olaraq seçməlidir. Ona görə də Vəkillər Kollegiyasının qərarı qanuna ziddir. Kollegiya vəkillərin fərdi fəaliyyətinə xitam vermək istəyirsə, qanunvericilik dəyişməlidir. Bu isə baş verməyib və baş verənlər müstəqil fəaliyyət formasına müdaxilə deməkdir”.

Yalçın İmanov vurğulayıb ki, fərdi fəaliyyətinə xitam vermədə məqsəd müstəqil vəkillərin işini çətinləşdirmək ola bilər: “Elçin Sadıqov və Aqil Layıc insan hüquqları ilə məşğul olan və həssas işlərdə çıxış edən vəkillərdir. Fərdi qaydada fəaliyyət göstərən vəkillər üçün order almaq, vaxtında özünü müştərinin yanına çatdırmaq problem olmur. Amma vəkil büronun əməkdaşı olanda order götürmək və digər prosedurları həyata keçirmək uzun zaman tələb edir və müdafiənin keyfiyyəti itir”.

Meriya yürüş-mitinqlə bağlı müraciətə cavab verib

  • 19 İyul 2019
  • comments

Köçəryanın mühakiməsi niyə dayandı?

  • 19 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda