AZƏRTAC-ın 19 iyul məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 62,87 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 55,87 dollara satılır.
Azərbaycan nefti “AzəriLayt”a 63,72 dollar qiymət qoyulub. Bu, bir həftə əvvəlkindən 5 dollar 11 sent aşağı qiymətdir. İyulun 12-də “AzəriLayt”ın bir barreli 68,83 dollara təklif olunub.
Novator.az bildirir ki, Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna 67,09, iyula 66,75 dollarla start verib.
Energetika Nazirliyinin hesabatına görə, yanvarda Azərbaycanın gündəlik neft hasilatı 793 min barrel, fevralda 806 min barrel, martda 798 min barrel, apreldə 683 min barrel, mayda 776 min barrel, iyunda 768 min barrel olub.
Yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barrel göstərilib.