Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu il iyunun 1-nə 583,7 manat olub. Novator.az Dövlət Statistika Komitəsinin saytında iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı göstəricilərinə də nəzər salıb.
Yanvar-may aylarında ən yüksək orta maaş mədən sənayesində qeydə alınıb: 3 min 117 manat.
Maliyyə və sığorta fəaliyyəti sahəsi 1709,5 manat orta maaşla ikinci, peşə, elmi və texniki fəaliyyət sahəsi 1131,3 manatla üçüncü sıradadır.
Digər sahələrdə orta maaş bu məbləğlərdə rəsmiləşib:
informasiya və rabitə – 977,7 manat;
nəqliyyat və anbar təsərrüfatı – 821,7 manat;
tikinti – 709,9 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 642,6 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 622,5 manat;
emal sənayesi – 610,6 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 590,6 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 550,3 manat;
təhsil – 398,1 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 395,9 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 393,6 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 387,5 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 357,9 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 315,6 manat;
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 298 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 574,6 manat.