• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa İttifaqının yeni rəhbərləri

  • 18 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az Avropa İttifaqının yeni rəhbərlərini təqdim edir.

1957-ci ildə yaradılan Avropa İttifaqı hazırda 28 ölkəni bir araya gətirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Bu il mayın 23-dən 26-dək ittifaqın qanunverici orqanına – 751 nəfərlik Avropa Parlamentinə yeni seçki keçirilib. İyulun 3-də italyan David-Mariya Sassoli Avropa Parlamentinin sədri seçilib. Əvvəlki heyətdə də sədr postunda italyan əyləşirdi – Antonio Tayani.

David-Mariya Sassoli 1956-cı ildə doğulub. Jurnalist və siyasətçidir. Avropa Parlamentinə ilk dəfə 2009-cu ildə seçilib. 2014-cü ildən parlament sədrinin müavini olub.

Avropa İttifaqı Şurasına hazırda polyak Donald Tusk sədrlik edir. İyulun 2-də şura bu vəzifəyə belçikalı Şarl Mişeli seçib. O, dekabrın 1-də səlahiyyətlərinin icrasına başlayacaq.

Şarl Mişel 1975-ci ildə doğulub. Belçika hökumətində inkişaf və əməkdaşlıq naziri postunu tutub. 2014-cü ildən ölkənin baş naziridir.

Avropa İttifaqının icra orqanına – Avropa Komissiyasına lüksemburqlu Jan-Klod Yunker rəhbərlik edir. İyulun 16-da Avropa Parlamenti bu posta alman Ursula fon der Lyayeni təsdiqləyib. O, səlahiyyətlərinin icrasına noyabrın 1-də başlayacaq.

Ursula fon der Lyayen 1958-ci ildə doğulub. Almaniya hökumətində ailə naziri, əmək və sosial məsələlər naziri postlarını tutub. 2013-cü ildən 2019-cu ilədək müdafiə naziri olub.

Reportyorlar (31)

  • 18 İyul 2019
  • comments

Rus və gürcü sınaqlarına doğru

  • 19 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda