Əmlak Məsələləri Dövlət Komitəsinin 16 iyul hərracında 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəsmi məlumata görə, Bakının Kürdəxanı qəsəbəsində yerləşən kiçik dövlət müəssisəsi (faydalı sahəsi 87,4 kvadratmetr) 6 min 250 manata özəlləşdirilib.
Paytaxtın Sabunçu qəsəbəsindəki qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 9 min manat olub, əmlak 9 min 600 manata satılıb.
Öncə 3 min manata təklif olunan “Nissan Maxima” markalı avtomobil üçün 3 min 700 manat ödənib.
Hesabata əsasən, 2019-cu ilin ilk 6 ayında 78 hərracda 270-ə yaxın dövlət əmlakı öz sahibini tapıb.