• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni qanun, yeni tapşırıqlar

  • 15 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanunu imzalayıb. Dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək qanun standartlaşdırmanın məqsəd və prinsiplərinin, bu sahədə normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun standartlaşdırma sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə şamil olunur.

Sənədin müddəaları malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan uyğunluğun məcburi qiymətləndirilməsi məsələlərinə, təhsil, milli mühasibat uçotu, dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı standartlara şamil edilmir.

Standartlaşdırmanın məqsədləri qanunda belə sıralanır:

– malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması;

– daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyətinin və işçi heyətinin bacarıqlarının təkmilləşdirilməsi;

– malların və onlara dair ehtiyat hissələrinin texniki, texnoloji və informasiya uyğunluğunun, eləcə də qarşılıqlı əvəz olunmasının təmin edilməsi;

– mallarda və onların ehtiyat hissələrində olan müxtəlifliyin aradan qaldırılmasını və onların qarşılıqlı əvəz olunmasını təmin etməklə resurslara qənaət olunması və mallara çəkilən istehsal xərclərinin azaldılması;

– istehlakçıların mallara (xidmətə, işə) dair tələb və gözləntilərinin müvafiq mallarda öz əksini tapmasına, eləcə də istehlakçılarda malların (işlərin, xidmətlərin) keyfiyyətinə dair etibarın formalaşdırılmasına və malın (xidmətin, işin) keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərilməsi, malın (xidmətin, işin) təhlükəsizliyinə və keyfiyyətinə dair istehlakçılara yanlış məlumatların verilməsinin qarşısının alınması;

– dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və regional və beynəlxalq standartlaşdırmada milli iqtisadiyyatın maraqlarının nəzərə alınması;

– innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi; təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi;

– satınalmalar zamanı dövlətin maraqlarının qorunması.

Standartlaşdırma sahəsində normativ sənədlərə dövlət standartları, o cümlədən ilkin dövlət standartları; qanunla müəyyən olunmuş qaydada tətbiq edilən beynəlxalq və regional, dövlətlərarası, eləcə də xarici dövlətlərin standartları; texniki şərtlər aiddir.

Qanunun tətbiqi barədə prezident fərmanına əsasən, Nazirlər Kabineti standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri qaydalarını, milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi qaydasını, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını, uyğunluq sertifikatının formasını, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını, standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını, standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydalarını təsdiq etməlidir.

Cəhənnəmdən keçmiş mələk (130)

  • 12 İyul 2019
  • comments

İyul yarılandı

  • 15 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda