• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş Prokurorluğun Şəki olayı ilə bağlı rəsmi məlumatı

  • 15 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Baş Prokurorluğun mətbuat xidməti iyulun 15-də rəsmi məlumat yayıb. Qeyd olunur ki, iyulun 14-ü saat 12 radələrində Şəki Xan Sarayı abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Onlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 2 nəfərin Şəkidə, 4 nəfərin isə Bakıda intensiv müalicələri davam etdirilir.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda – 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılması əlverişsiz hava şəraitinin nəticəsidir. İyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, xüsusilə iyulun 14-ü səhərdən başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında aramsız yağış yağıb.

Qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla ekspertizalar təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub. Hazırda araşdırmalar davam etdirilir”.

Şəkidə xəsarət almış şəxslərin 4-ü Bakıya gətirilib

Tarix və adamlar

  • 15 İyul 2019
  • comments

Seçki xərci: prezident partiyası liderdir

  • 15 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Bölgə
  • Hadisə
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda