• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sədrin hesabatı

  • 12 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun 21 yaşına həsr olunmuş məqalə yazıb. AZƏRTAC-da yayılan məqalədə sədr bildirir ki, 1998-ci il iyulun 14-də yaradılan Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri ana qanunun 130-cu maddəsində əksini tapıb: “Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanan norma məhz əsas qanunun hərfinə və ruhuna, onun təməl prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və konstitusiya ilə uyğunsuzluq təşkil etdiyi halda qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılır.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri konstitusiya və qanunların şərh edilməsidir. Burada əsas məqsəd bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla onun vahid tətbiqi qaydasını müəyyən etməkdir. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı qanunvericilik müddəlarının bəzən birmənalı dərk edilməməsi mübahisəli hüquq məsələlərinin məhkəmələrdə həlli zamanı müxtəlif kolliziyaların ortaya çıxmasına səbəb olur. Bu isə son nəticədə vətəndaşların hüquqlarının və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən hüquq tətbiqetmə təcrübəsinin yaranmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumunda qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına şərait yaratmaqla hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından ümumi məhkəmə təcrübəsinin formalaşmasına mühüm töhfə verir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının, xüsusilə də bu qərarlarda ifadə olunan hüquqi mövqelərin məhkəmələrdə birmənalı tətbiqi məhkəmə təcrübəsinin stabilliyinə, eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə xidmət edir və nəticə etibarilə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir”.

Fərhad Abdullayev qeyd edir ki, 2004-cü ildən Konstitusiya Məhkəməsində fərdi şikayət institutu fəaliyyət göstərir: “Fərdi şikayət institutu konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli vasitələrindən biri kimi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından kifayət qədər faydalı və effektiv imkanlar yaradır.

Konstitusiya Məhkəməsinə hər hansı bir formada, o cümlədən məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə elektron şəkildə göndərilən şikayət, ərizə və məktublara diqqətlə baxılır, araşdırılaraq müvafiq qaydada cavablandırılır”.

Sədr bu günlərdə Konstitusiya Məhkəməsinin Plenumunun 400-cü qərarını qəbul etdiyini vurğulayır.

Novator.az bildirir ki, 1958-ci ildə Bakı şəhərində doğulan Fərhad Abdullayev 1980-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Ali Məhkəməsində məsləhətçi, baş məsləhətçi, şöbə rəisi postlarında çalışıb, 1990-cı ildən Ali Məhkəmənin hakimi olub.

2000-ci ildən Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsini tutub. 2003-cü ildən Konstitusiya Məhkəməsinin sədridir.

Əməkdar hüquqşünas, hüquq elmləri doktoru, “Şöhrət” ordeni laureatıdır.

Əlli faizlik nəticə

  • 12 İyul 2019
  • comments

Sabitlik, yüksəliş, enmə

  • 12 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda