Azərbaycanı UEFA Avropa Liqasının birinci mərhələsində təmsil edən komandaların ilk oyunlarında əlli faizlik nəticə əldə olunub. Novator.az-ın məlumatına görə, iyulun 11-i Kişinyovda Moldovanın “Speranta” klubunun qonağı olan “Neftçi” rəqibin qapısına 3 cavabsız top vurub.
“Səbail” isə Bakıda Rumıniyanın “Universitatya” komandasına 2:3 hesabı ilə uduzub.
Cavab görüşləri iyulun 18-nə təyin olunub.
Mərhələni keçməyə yaxın olan “Neftçi” ikinci raundda (25 iyul-1 avqust) Rusiyanın “Arsenal” (Tula) klubu ilə görüşəcək.
“Səbail”in “Honved” (Macarıstan) – “Jalgiris” (Litva) cütlüyünün qalibi ilə oynamaq imkanı var. Bu komandaların ilk görüşündə macarlar üstün olub – 3:1.
“Qəbələ” turnirə ikinci mərhələdən (25 iyul-1 avqust) qoşulur. Bu raundda o, çox güman, Gürcüstan paytaxtının “Dinamo” klubu ilə üz-üzə gələcək. “Dinamo” birinci mərhələnin ev oyununda “Enqordani” (Andorra) klubunu 6:0 hesabı ilə yenib.