• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Direktor müavini ilə jurnalist arasında məhkəmə çəkişməsi davam edir

  • 11 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızına qarşı mülki iddia üzrə proses davam edir.

İddianı Bakıdakı 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova irəli sürüb. Direktor müavini iddia edir ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisi zamanı Sevinc Vaqifqızının hazırladığı video reportajda onun şərəf və ləyaqəti alçaldılıb. Direktor müavini həmin videosüjetin “Meydan TV” internet televiziyasının Meydan.tv saytından və “Azadlıq” qəzetinin Azadliq.info saytından silinməsini, ondan üzr istənilməsini və ona 2500 manat məbləğində təzminat ödənməsini istəyir.

2018-ci ilin prezident seçkisində İlham Əliyev qalib gəlib. Rəsmi məlumata görə, o, səslərin 86,02 faizini toplayıb. İlham Əliyev 2003-cü ildən Azərbaycanın dövlət başçısıdır.

11 aprel seçkisində Sevinc Vaqifqızı 251 saylı orta məktəbin binasında yerləşən seçki məntəqəsində səsvermənin gedişinə müdaxilələri izləyib. Onun hazırladığı reportajda Elmira Alandarova və bir neçə xanım əks olunub.

Direktor müavininin iddiasına Binəqədi Rayon Məhkəməsinin hakimi Emin Əliyev baxır.

Elmira Alandarova özü məhkəməyə gəlmir, onu həyat yoldaşı Rasət Qasımov təmsil edir.

“Azadlıq” radiosunun məlumatına görə, iyulun 11-də keçirilən prosesdə hakim tərəflərdən aralarında barışığın mümkünlüyünü soruşub. Rasət Qasımovun barışıq üçün şərti belə olub: “Sevinc Vaqifqızı yoldaşımla bağlı məlumatların yalan olduğunu etiraf etsin, üzr istəsin…”

Sevinc Vaqifqızı cavabında deyib ki, səhvə yol versəydi üzr istəyərdi, amma indiki halda bunu etməyəcək. “Mən doğrunu dediyimə görə dünya dağılsa da üzr istəmərəm” söyləyən jurnalist məhkəmə iclasında bir daha vurğulayıb ki, 251 saylı orta məktəbdə seçkiyə müdaxilə olub və bu, onun çəkdiyi videodan da görünür.

Jurnalistin vəkili Zibeydə Sadıqova Mərkəzi Seçki Komissiyasından 2018-ci ilin prezident seçkisi günü 251 saylı orta məktəbdə yerləşmiş məntəqələrdə videokameraların yaddaşına düşən görüntülərin alınması üçün məhkəmə qarşısında vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Sevinc Vaqifqızının vəsatəti isə sözügedən məntəqələrdə səsvermə prosesini izləmiş seçki müşahidəçisinin dindirilməsi barədə olub. Bu məsələnin müzakirəsi avqustun 5-nə təyin edilən növbəti məhkəmə iclasına saxlanıb.

Jurnalistin sözlərinə görə, Elmira Alandarova təxminən bir il öncə ondan Bakı Şəhər Baş Polis İdarəsinə də şikayət edib, haqqında cinayət işi başlanmasını istəyib. Ancaq jurnalistin əməlində cinayət tərkibi olmadığı üçün şikayət rədd edilib.

Girovluğun 5 ili

  • 11 İyul 2019
  • comments

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

  • 11 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda