• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

100 ilin xidməti

  • 09 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçir. AZƏRTAC-ın arayışına görə, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edib. Prezident İlham Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı sərəncamla iyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyandan sonra Azərbaycan hökuməti Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlayır.

1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması haqqında müqavilə imzalanır. Bununla Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılır. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin əmri ilə Türkiyə və İran istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edilir.

1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı Azərbaycanda da Xalq Xarici İşlər Komissarlığı yaradır. Sonradan nazirliyə çevrilən bu orqan yalnız formal mövcud olur.

Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da dövlət müstəqilliyi haqda konstitusiya aktı referendumla təsdiqlənib.

Həmin il Azərbaycan Respublikasını Türkiyə, Estoniya, Rumıniya, Pakistan, Litva, İsveçrə, İran, İsrail, Böyük Britaniya, Macarıstan, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Misir, Polşa, Çin, Xorvatiya, İndoneziya, Finlandiya, Səudiyyə Ərəbistanı, Liviya, Mərakeş, Belçika, Danimarka, Lüksemburq, Niderland, Yunanıstan, İspaniya, Yaponiya, 1992-ci ildə İtaliya, Norveç, İraq, Fransa, Albaniya, Portuqaliya, Çexiya, Latviya, Almaniya, Bolqarıstan, Avstriya, İsveç, İslandiya, ABŞ, Vatikan və başqaları tanıyıb.

Hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Azərbaycanı xaricdə 59 səfirlik, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəlik və 9 baş konsulluq təmsil edir.

Serbiya ilə əməkdaşlıq komissiyası yeniləndi

  • 09 İyul 2019
  • comments

Kurs dəyişmələri

  • 09 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda