• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan: səlahiyyəti dondurulan polislərin sayı 11-ə çatdı

  • 04 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 3-də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru Georgi Kakiçaşvilininin səlahiyyətləri dondurulub. Novator.az-ın məlumatına görə, qərar 20-21 iyun hadisələrinin təhqiqatı çərçivəsində qəbul edilib.

İyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.

Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.

Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb. 2 aksiyaçı rezin güllə atəşindən gözünü itirib, 305 nəfər tutulub.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də Gürcüstan parlamentinin sədri postundan istefa verib. Ancaq parlament sədrinin istefası sakitlik yaranmasına gətirməyib. Müxalif qüvvələr, əsasən də gənc fəallar hər gün axşam Tbilisinin mərkəzində toplaşır. Onların əsas tələblərindən biri iyunun 20-də mitinqçilərə güc tətbiqinə başçılıq etmiş daxili işlər naziri Georgi Qaxariyanın istefasıdır.

Georgi Qaxariya istefadan imtina edir, ancaq bir çox polisin cəzalandırılacağı istisna olunmur. Georgi Kakiçaşviliyə qədər 10 polis əməkdaşının səlahiyyətləri dondurulmuşdu.

Toqquşmalarda tutulanların hamısı mitinqçilərin tələbi ilə azadlığa buraxılıb.

Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.

Bakıda orta maaş

  • 04 İyul 2019
  • comments

Valyutaların istiqaməti

  • 04 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda