• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktoru polisə çağırıb yazıları müzakirə ediblər

  • 04 İyul 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Criminal.az saytının baş redaktoru Anar Məmmədov iyulun 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

“Azadlıq” radiosuna açıqlamasında Anar Məmmədov deyib ki, çağırılmasına səbəb bu həftə Criminal.az-da yayımlanan iki yazıdır. Həmin yazılardan biri üstü açılmamış cinayət, digəri soyğunçuluqda suçlanan şəxsin tutulub sonra azadlığa buraxılması barədədir.

Jurnalistin sözlərinə görə, onu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov və idarənin digər səlahiyyətli şəxsləri qəbul ediblər. Görüşdə qarşı tərəf jurnalistlə mülayim davranıb. Polis rəsmiləri mədəni şəkildə bəzi iradlarını bildiriblər: “Düzdür, iddia etdilər ki, bu yazılarla polisə qarşı haqsızlıq edirəm, qərəzli davranıram. Amma idarədə mənə qarşı heç bir kobudluq olmadı”.

Anar Məmmədov hazırda şərti cəza altındadır. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən o, Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə təqsirli bilinib. Baş redaktora 5 il 6 ay şərti azadlıqdan məhrumetmə (2 ili sınaq müddəti olmaqla) cəzası verilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Anar Məmmədov hökmü ədlətsiz sayır, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Ukrayna: partiyalara nə qədər pulsuz efir verilir?

  • 04 İyul 2019
  • comments

Pensiyanın illik artımı: qayda dəyişir

  • 04 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda