• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xaricdən yardım bir mərkəzdə cəmlənir

  • 03 İyul 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsinə fərman verib. İyulun 2-də imzalanan sənədə əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Novator.az bildirir ki, 2018-ci ildə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxsdir. Qurum aparatdan; kiçik və orta biznes evlərindən; kiçik və orta biznesin inkişafı mərkəzlərindən; Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən, kiçik və orta biznesin inkişafı fondlarından ibarətdir.

Dövlət başçısı Nazirlər Kabinetinə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB subyektləri) dəstəklənməsi məqsədilə həyata keçirilən proqramlara (layihələrə) agentliyin cəlb olunmasını təmin etməyi tapşırıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər də müvafiq tapşırıqlar alıb.

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatları agentlik vasitəsilə ümumiləşdirməlidir.

Naxçıvanda orta maaş nə qədərdir?

  • 03 İyul 2019
  • comments

Vergi hesabatı yayılıb

  • 03 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda