Novator.az valyuta kurslarının yanvar-iyun aylarında necə dəyişməsinə nəzər yetirib.
Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda yuxarı rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396 manat olub.
Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yanvarda rəsmi qiymət 0,6409, fevralda 0,6445, martda 0,6384, apreldə 0,6333, mayda 0,6296, iyunda 0,6235 manatı keçməyib.
Rusiya rublu 2019-cu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, apreldə 0,0267, iyunda 0,0272 manat həddi rəsmiləşib.
Türkiyə lirəsinin ilk rəsmi qiyməti 0,3141 manat göstərilib. Yanvarda maksimum kurs 0,3255, fevralda 0,3275, martda 0,3183, apreldə 0,3073, mayda 0,2877, iyunda 0,2947 manat olub.
ABŞ dollarının rəsmi qiyməti isə 2018-ci il martın 7-dən 1,7 manatdır.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif edilib.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyun aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 643,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.