• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hökumətdə köhnə qvardiya

  • 03 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Novator.az Nazirlər Kabinetində İlham Əliyevin prezidentliyinə qədər post almış şəxslərin siyahısına nəzər salıb.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

İlham Əliyev 2003, 2008, 2013-cü illərin oktyabr aylarında və 2018-ci ilin aprel ayında prezident seçilib. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək isə onun atası Heydər Əliyev dövlət başçısı olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1994-cü ildən kabinetdədir. O, 2006-cı ilədək gənclər və idman naziri, 2018-ci ilədək mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin müavini Əli Həsənov 1997-ci ildən hökumətdə yer alır. Əvvəlcə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olub. 1998-2018-ci illərdə o, baş nazirin müavini olmaqla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədrlik edib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətdə 1997-ci ildən təmsil olunur. 1999-cu ilədək o, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziridir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Nazirlər Kabinetində 2002-ci ildən təmsil olunur.

Heydər Əliyevin prezidentliyi dövründə yüksək vəzifələrə təyin olunmuş başqa hökumət üzvləri də var.

2018-ci ildən baş nazir olan Novruz Məmmədov 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri postunda çalışıb.

2018-ci ildən baş nazirə müavinlik edən Hacıbala Abutalıbov 2000-2001-ci illərdə də həmin vəzifəni tutub, 2001-2018-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olan Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı vəzifəsində çalışıb.

Neftin 3 iyul qiymətləri

  • 03 İyul 2019
  • comments

Yaddaşımın küncündə bu anlar da yaşayır… (9a...

  • 03 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda