• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rus deputatın sədrliyi Tbilisini ayağa qaldırdı

  • 21 İyun 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Pravoslav Parlamentlərarası Assambleyasının Tbilisi sessiyası böyük qalmaqal yaradıb. Novator.az-ın məlumatına görə, iyunun 20-si Gürcüstan parlamentində keçirilən tədbirə assambleyanın prezidenti, Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.

Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.

Sergey Qavrilov bu iddiaları təkzib edib.

Qalmaqal kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin (iyunun 20-də o, Azərbaycanda rəsmi səfərdə olub) və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.

Axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 30 aksiyaçının, 39 polisin xəsarət aldığı bildirilir.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

Dollar tərpənməsə də…

  • 21 İyun 2019
  • comments

28-ci nazir

  • 21 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda