• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müdafiə sənayesi naziri

  • 21 İyun 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Bu il yanvarın 14-də prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman vermişdi. Fərmana əsasən, “Azərsilah” Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya qurumu olmalı idi.

İyunun 20-də dövlət başçısı 14 yanvar fərmanını ləğv edib, Müdafiə Sənayesi Nazirliyi avtomatik bərpa olunub.

İlham Əliyevin həmin gün imzaladığı sərəncama əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin olunub.

Novator.az bildirir ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci il dekabrın 16-da Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.

2006-cı il martın 18-də Yavər Camalov müdafiə sənayesi naziri təyin edilib. O, 2018-ci il iyunun 23-də dünyasını dəyişənə qədər həmin vəzifədə çalışıb.

Müdafiə Sənayesi Nazirliyi müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirliyin fəaliyyət istiqamətləri belə müəyyən edilib: müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; müdafiə sənayesi sahəsinin inkişafı; dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə dövlət müdafiə sifarişi proqramı hazırlamaq; müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək; dövlət müdafiə sifarişi proqramı üçün gərəkli maliyyə vəsaitləri barədə dövlət büdcəsinin formalaşdırılmasına dair təkliflər vermək; Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun yaradılmış digər hərbi birləşmələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchizatını həyata keçirmək; müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlıq; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.

Mədət Quliyev Azərbaycanın ikinci müdafiə sənayesi naziridir.

1958-ci ildə Gəncə şəhərində doğulan Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Polis Akademiyasını bitirib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib, Daxili İşlər Nazirliyinin üç müxtəlif idarəsinin və İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb.

2011-ci ildən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi olub.

2015-ci il oktyabrın 20-də milli təhlükəsizlik nazirinin birinci müavini olub, həmin il dekabrın 14-dən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postunu tutub.

General-polkovnikdir.

Təhlükəsizlik Şurasının tarixi

  • 21 İyun 2019
  • comments

Turizmin 5 aylıq statistikası

  • 21 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda