• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

100 yaşlı orqanın yeni rəhbəri

  • 21 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

İyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub: Əli Nağıyev.

Əvvəlki rəis Mədət Quliyev müdafiə sənayesi naziri postuna təyinat alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna qədər Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olub.

Yeniavaz.com xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Babək rayonunda anadan olub.

Milli Təhlükəsizlik Nazirliyində idarə rəisi, nazirin birinci müavini postlarını tutub.

2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini idi.

General-mayordur.

Novator.az bildirir ki, milli təhlükəsizlik orqanının əsası 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri kimi qoyulub, iyun ayında isə Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatı yaradılıb.

1920-ci ildə qurulan sovet rejimi dövründə Azərbaycanın xüsusi xidmət orqanı bu adları daşıyıb: Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis olunub. 2015-ci ilin dekabrında həmin nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına qərar verilib, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) xüsusi xidmət orqanına Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlı rəhbərlik edib.

Sovet rejimi illərində (1920-1991) təhlükəsizlik orqanının başçısı vəzifəsində Semyon Pankratov, Baba Əliyev, Eyyub Xanbudaqov, Mircəfər Bağırov, Novruz Rizayev, Mixail Frinovski, Aleksey Aqrba, Yuvelian Sumbatov (Topuridze), Mixail (Yakov) Rayev-Kaminski, Stepan Yemelyanov, Anatoli Quskov, Fyodor Kopılov, Aleksandr Kardaşov, Semyon Sviqun, Heydər Əliyev, Vitali Krasilnikov, Ziya Yusifzadə, İvan Qorelovski, Vaqif Hüseynov çalışıblar.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən 2015-ci ilə kimi xüsusi xidmət orqanının başında İlhüseyn Hüseynov, Fəxrəddin Təhməzov, Nəriman İmranov, Namiq Abbasov, Eldar Mahmudov dayanıblar.

28-ci nazir

  • 21 İyun 2019
  • comments

Əhalisi ən çox azalan ölkələr

  • 21 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda