• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vaşinqtonda Qarabağ müzakirələri

  • 20 İyun 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Vaşinqton səfərinə çıxan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 19-u ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb. Mfa.gov.az-ın məlumatına görə, tərəflər bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyllə də bir araya gəlib. Bu görüşlərdə də əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti olub.

İyunun 20-si Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla görüşəcək. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsüdür.

Novator.az bildirir ki, Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan indiyəcən 6 dəfə görüşüblər. Onlar 2018-ci il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə, martın 28-i Avstriyanın paytaxtı Vyanada, aprelin 15-i Rusiyanın paytaxtı Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Məzənnələrdə artım

  • 20 İyun 2019
  • comments

İşsizlik pulunun orta məbləği açıqlanıb

  • 20 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda