• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə istəyir

  • 19 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

ABŞ prezidenti Donald Tramp 2020-ci il seçkisində dövlət başçısı postuna namizəd olacaq. O, iyunun 18-i Florida ştatının Orlando şəhərində keçirilən mitinqdə belə bəyanat verib.

Novator.az bildirir ki, Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir.

Orta təhsilini Nyu-York Hərbi Akademiyası internat məktəbində alan Donald Tramp 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisi marafonunda bütün partiyadaşlarını geridə qoyaraq respublikaçıların rəsmi namizədi statusu alıb.

2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

ABŞ-da növbəti prezident seçkisi 2020-ci il noyabrın 3-nə təyin olunub.

Ölkə konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Donald Tramp ABŞ-ın 45-ci prezidentidir. Ondan əvvəl prezident postunu bu şəxslər tutub:

Corc Vaşinqton: 1789-1797

Con Adams: 1797-1801

Tomas Cefferson: 1801-1809

Ceyms Medison: 1809-1817

Ceyms Monro: 1817-1825

Con Kuinsi Adams: 1825-1829

Endrü Cekson: 1829-1837

Martin Van Buren: 1837-1841

Uilyam Harrison: 1841

Con Tayler: 1841-1845

Ceyms Noks Polk: 1845-1849

Zakari Teylor: 1849-1850

Millard Fillmor: 1850-1853

Franklin Pirs: 1853-1857

Ceyms Bükenen: 1857-1861

Avraam Linkoln: 1861-1865

Endrü Conson: 1865-1869

Uliss Qrant: 1869-1877

Raterford Heys: 1877-1881

Ceyms Harfild: 1881

Çester Artur: 1881-1885

Qrover Klivlend: 1885-1889 və 1893-1897

Bencamin Harrison: 1889-1893

Uilyam Mak-Kinli: 1897-1901

Teodor Ruzvelt: 1901-1909

Uilyam Taft: 1909-1913

Vudro Vilson: 1913-1921

Uorren Hardinq: 1921-1923

Kalvin Kulic: 1923-1929

Herbert Huver: 1929-1933

Franklin Ruzvelt: 1933-1945

Harri Trumen: 1945-1953

Duayt Eyzenhauer: 1953-1961

Con Kennedi: 1961-1963

Lindon Conson: 1963-1969

Riçard Nikson: 1969-1974

Cerald Ford: 1974-1977

Cimmi Karter: 1977-1981

Ronald Reyqan: 1981-1989

Corc Buş (ata): 1989-1993

Bill Klinton: 1993-2001

Corc Buş (oğul): 2001-2009

Barak Obama: 2009-2017.

Əməkhaqqı: artımın əhatə dairəsi açıqlandı

  • 19 İyun 2019
  • comments

Maaş artımlarının yaratdığı suallar

  • 19 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda