• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Platini: “Hər bir sualı sakitcə cavablandırdım”

  • 19 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) sabiq prezidenti Mişel Platini iyunun 19-na keçən gecə sərbəst buraxılıb.

Mişel Platinini Korrupsiya, Maliyyə və Vergi Cinayətləri ilə Mübarizə üzrə Mərkəzi İdarənin əməkdaşları iyunun 18-i səhər Fransanın Nanter şəhərində saxlamışdı. O, 2022-ci ilin dünya futbol çempionatının Qətərə verilməsinə görə rüşvət işində şahid kimi keçir.

Novator.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Mişel Platini müstəntiqlərin onu uzun sorğu-suala tutduğunu deyib: “Mənə 2016-cı ilin Avropa çempionatı, 2018 və 2022-ci illərin dünya çempionatı, beynəlxalq futbol qurumu olan FİFA-nın fəaliyyəti barədə suallar verildi, hər bir sualı sakitcə cavablandırdım”.

1955-ci il təvəllüdlü Mişel Platini futbolçu karyerası ərzində Fransanın “Nansi”, “Sent-Etyenn”, İtaliyanın “Yuventus” klublarında oynayıb, Fransa milli komandasının şərəfini qoruyub.

Avropa çempionu, Kuboklar kubokunun, Çempionlar kubokunun, Avropa superkubokunun, qitələrarası kubokun qalibidir.

1983, 1984, 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.

1987-ci ildən məşqçilik edən, sonradan isə futbol funksioneri kimi çalışan Mişel Platini 2007-ci ildən UEFA prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidenti olub.

FİFA 2015-ci il dekabrın 21-də Mişel Platinini korrupsiya qalmaqalına görə 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb. Sonradan cəza 4 ilə endirilib. 2016-cı ildə Mişel Platini UEFA prezidenti vəzifəsindən istefa verib.

Qətər 2022-ci ilin dünya çempionatını keçirmək hüququnu 2010-cu ildə əldə edib. Onun əsas rəqibi ABŞ olub. FİFA İcraiyyə Komitəsində keçirilən həlledici səsvermədə UEFA nümayəndələri Qətəri dəstəkləyib.

Futbol fəaliyyətinə qadağa qoyulmuş FİFA-nın sabiq prezidenti Yozef Blatter 2015-ci il oktyabrın 30-da deyib ki, 2010-cu ildə FİFA-da 2018-ci il çempionatının ev sahibliyi hüququnun Rusiyaya, 2022-ci il çempionatının isə ABŞ-a verilməsi ilə bağlı centlmen razılaşması olub, ancaq UEFA prezidenti Mişel Platini mövqeyini qəfil dəyişib deyə ABŞ 2022-ci il çempionatına sahib ola bilməyib, ev sahibliyi Qətərə verilib. Onun sözlərinə görə, Mişel Platini mövqeyini 2010-cu ildə Fransa prezidenti postunu tutan Nikola Sarkozinin təsiri ilə dəyişib, UEFA-nın 4 səsinin ABŞ-dan Qətərə keçməsi ilə əvvəlki razılaşma pozulub.

Valyutaların yönü

  • 19 İyun 2019
  • comments

Əməkhaqqı: artımın əhatə dairəsi açıqlandı

  • 19 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda