• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktor beynəlxalq tədbirə buraxılmayıb

  • 19 İyun 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli ölkədən çıxışına qoyulan məhdudiyyətə görə beynəlxalq tədbirə qatıla bilməyib.

Məsələ ilə bağlı “Facebook” səhifəsində yaydığı açıqlamasında baş redaktor bildirib: “Gürcüstana beynəlxalq tədbirə dəvət olunmuşdum. Ölkədən çıxışıma qoyulan qadağanın aradan qaldırılması üçün həm Baş Prokurorluğa, həm də Ədliyyə Nazirliyinin icra və probasiya şöbələrinə rəsmi müraciətlər etmişdim. Ümid edirdim ki, ötən ay “Meydan TV”nin əməkdaşlarına qarşı qoyulan sərhəd məhdudiyyəti aradan qaldırıldığı üçün bu “islahat” digər jurnalistlərə, o cümlədən mənə də şamil edilə bilər. Amma ərizə yazdığım qurumların heç biri müraciətimə cavab vermədi və Gürcüstana gedə bilmədim. Növbəti dəfə ayrı-seçkiliklə üzləşdim”.

4 il qabaq “Meydan TV”yə qarşı başlanan cinayət işinə görə bir neçə jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Həmin qadağaların əksəri ötən ay ləğv edilib.

2018-ci ilin iyul ayında Bastainfo.com-da dərc edilən iki məqaləyə görə Mustafa Hacıbəyliyə cinayət işi qaldırılıb. Həmin ilin oktyabr ayından onun ölkədən çıxışına qadağa qoyulub.

2019-cu il fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi baş redaktoru 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edib. Cəzanın 2 ili sınaq müddətidir. Məhkəmə Mustafa Hacıbəylini Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilib.

Mustafa Hacıbəyi hökmü ədalətsiz sayır və hesab edir ki, bu hökm siyasi sifarişlə verilib. O, apellyasiya instansiyasına müraciətində tam bəraət istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

Qadın məhbuslarla görüş: xəstəliklərdən danışılıb

  • 19 İyun 2019
  • comments

Reportyorlar (28)

  • 19 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda