Gömrük pozuntularının statistikası açıqlanıb.
Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-may aylarında 233 qaçaqmalçılıq faktı, 151 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 11 aksiz markası olmadan mal idxal etmə faktı, 8 gömrük ödənişindən yayınma faktı, 71 digər cinayət xarakterli fakt qeydə alıb.
Beş ay ərzində gömrük hüquqpozmalarında 373 şəxs təqsirləndirilib, 4543 inzibati xəta faktı ortaya çıxarılıb.