• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yoxlamalar: prezident yenilikləri imzaladı

  • 14 İyun 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, qanun yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə apardığı bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər tədbirlərə şamil olunur. Vergi yoxlamaları və maliyyə bazarları sahəsində aparılan yoxlamalar istisnadır.

Dövlət başçısının imzası ilə qüvvəyə minən yeniliyə görə, qanun tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara da şamil edilməyəcək.

Başqa bir dəyişikliyə əsasən, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə (növbəti) yoxlamalar bu dövriliklə aparılacaq: yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə – altı ayda bir dəfədən çox olmayaraq; orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə – ildə bir dəfədən çox olmayaraq; aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə – iki ildə bir dəfədən çox olmayaraq.

Prezident sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişikliyi də təsdiqləyib.

2015-ci il noyabrın 1-dən tətbiq edilən qanun Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla yoxlamaları 2021-ci il yanvarın 1-dək yasaqlayır.

Yeniliyə görə, nəzərdə tutulmuş müddətdə yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar mümkün olacaq.

İndiyəcən qanun vergi yoxlamaları, maliyyə bazarları sahəsində yoxlamalar, gömrük auditi, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət üzrə yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparmaq imkanı verirdi.

DTX jurnalistin həbsi ilə bağlı açıqlama yayıb

  • 13 İyun 2019
  • comments

Məhkəmə sistemində dəyişiklik layihəsi

  • 14 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda