• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir jurnalistə qarşı iddiasını geri götürdü

  • 14 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimova qarşı iddiasını geri götürüb.

Mayın 18-də Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirmiş, səhiyyə sistemində rüşvətxorluğun hökm sürdüyünü bildirmişdi.

Bundan sonra nazirlik Teymur Kərimovu məhkəməyə verib jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.

Ancaq qanuna görə, hüquqi şəxs fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməz. Buna görə də Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev nazirliyin iddiasına baxılmasını mümkün saymamışdı. Məhkəmənin bu qərarını açıqladığı gün (10 iyun) məlum olmuşdu ki, səhiyyə naziri Oqtay Şirəliyev özü xüsusi ittiham qaydasında iddia qaldırıb və jurnalistin həm 147.2, həm də 148-ci maddələrdə nəzərdə tutulan cəzanın ən yuxarı həddində cəzalandırılmasını istəyir. Oqtay Şirəliyevin iddiasına görə, jurnalist nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə suçlayıb (Teymur Kərimovun anası iyunun 7-də vəfat edib).

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq haqqındadır. Bu maddə ilə təqsirli bilinən şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqirə görə məsuliyyəti nəzərdə tutur. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İyunun 14-də Nəsimi Rayon Məhkəməsində Oqtay Şirəliyevin iddiası üzrə hazırlıq iclası keçirilib. Toplum.tv-nin məlumatına görə, iclasda müdafiə tərəfinə bəlli olub ki, Oqtay Şirəliyev məhkəməyə yeni ərizə verməklə iddiasından könüllü sürətdə imtina edib. Məhkəmə nazirin imtina ərizəsini nəzərə alaraq iddianı icraata götürməyib.

Teymur Kərimov xəbəri təsdiqləyib və məhkəmə binasından çıxandan sonra mediaya açıqlamasında indiyədək bu məsələdə ona dəstək olanların hamısına təşəkkür edib.

Ukraynada işsizlik rəqəmləri

  • 14 İyun 2019
  • comments

FİFA reytinqi

  • 14 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda