• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bizim futbolun yüngül statistikası

  • 13 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Azərbaycanın milli futbol komandası 2020-ci ilin Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edir. E qrupunda yarışan yığma üç oyunda bir xal da toplamayıb və 5 komandalıq qrupda sonuncudur.

Ötən il UEFA Millətlər Liqasının ən aşağı divizionunda – D divizionunda Azərbaycan 4 komandalıq qrupu 9 xalla 2-ci sırada bitirib.

Novator.az milli komandanın rəsmi turnirlərdəki əvvəlki göstəricilərinə də nəzər salıb.

Yığma beynəlxalq turnirlərə 1996-cı ilin Avropa çempionatının seçmə mərhələsindən qatılır. Həmin turnirdə Azərbaycan 1 xal yığaraq 6 komandalıq qrupda 6-cı yeri tutub.

1998-ci ilin dünya çempionatının seçmə mərhələsini komanda 3 xalla bitirib, 5 komanda arasında qrup sonuncusu olub.

2000-ci ilin Avropa çempionatının seçmə turnirini Azərbaycan 4 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.

2002-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 5 xal toplayıb, 6 komanda arasında autsayder olub.

2004-cü ilin Avropa çempionatının seçmə mərhələsini milli komanda 4 xalla bitirib, 5 komanda arasında son pilləni tutub.

2006-cı ilin dünya çempionatının seçmə mərhələsini milli komanda 3 xalla, 6 komanda arasında axır sırada başa vurub.

2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində komanda 5 xal toplayıb, 8 komanda arasında sonuncu olub.

2010-cu ilin dünya çempionatının seçmə mərhələsini Azərbaycan 5 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.

2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində 7 xal toplayan Azərbaycan 6 komandalıq qrupda 5-ci olub.

2014-cü ilin dünya çempionatının seçmə mərhələsində yığma komanda 9 xal toplayıb, 6 komanda arasında 4-cü yeri tutub.

2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan 6 xal toplayıb, 6 komanda arasında 5-ci olub.

2018-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 10 xal toplayıb, 6 komanda arasında 5-ci yeri götürüb.

1991-ci ildə SSRİ dağılana qədər Azərbaycanın milli komandası statusunu bir növ Bakının “Neftçi” klubu daşıyıb. “Neftçi” üst-üstə 27 mövsüm SSRİ çempionatının yüksək liqasında mübarizə aparıb və ümumi göstəricilər baxımından 12-cidir.

Gürcüstan paytaxtı Tbilisinin “Dinamo” komandası 4-cü sırada, Ermənistan paytaxtı Yerevanın “Ararat” komandası 10-cu yerdə qərarlaşıb.

Ali liqada “Neftçi”nin ən böyük göstəricisi 1966-cı ildə 3-cü yer olub.

“Dinamo” iki dəfə (1964, 1978), “Ararat” bir dəfə (1973) SSRİ çempionu adını qazanıb.

İstanbul kimi seçir?

  • 13 İyun 2019
  • comments

Qazaxıstan: etiraz aksiyalarının cəzaları bəlli ol...

  • 13 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda