• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İdxal-ixrac əməliyyatlarına nəzarət mexanizmi rəsmiləşdi

  • 12 İyun 2019
  • comments
  • hikmet
  • Posted in Şərh

İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi qaydalarını üç ay müddətində Vergilər Nazirliyi ilə razılaşdırmaqla rəsmiləşdirməlidir.

İdxal-ixrac əməliyyatlarına Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə nəzarət edir. Novator.az bildirir ki, qaydalara əsasən, idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət bu istiqamətlərdə həyata keçirilir: xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi; idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili; son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi; idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

Xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatlar informasiya sistemləri vasitəsilə həyata keçirilən qarşılıqlı məlumat mübadiləsi nəticəsində formalaşır.

Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər mallara dair gömrük bəyannaməsi təqdim edərkən Dövlət Gömrük Komitəsi birgə baxışın keçirilməsi məqsədilə Vergilər Nazirliyinə real vaxt rejimində məlumatlar göndərir.

Məlumatlar real vaxt rejimində göndərildikdən 30 dəqiqə ərzində nazirlik gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində mallara gömrük baxışında vergi orqanı əməkdaşının iştirak edib-etməyəcəyi barədə real vaxt rejimində qeydlər aparır.

Vergi orqanının vəzifəli şəxsləri gömrük baxışında iştirak edəcəkləri halda vergi orqanı əməkdaşının iştirakı malların birgə baxışı zamanı dərhal təmin edilir.

Elmi dərəcə və ad: yeni qaydalar təsdiqləndi

  • 12 İyun 2019
  • comments

12 iyun məzənnələri

  • 12 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda