• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ rejimində istefa

  • 11 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan iyunun 11-də Vitali Balasanyanı “Təhlükəsizlik Şurasının katibi” postundan azad edib. Novator.az-ın məlumatına görə, qərar Vitali Balasanyanın öz istəyi əsasında qəbul olunub.

Vitali Balasanyan 1959-cu ildə Əsgəranda anadan olub. Azərbaycan torpaqlarının qanlı işğalının, soyqırımı cinayətlərinin ən fəal iştirakçılarındandır. Separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” vəzifələrini tutub. “Təhlükəsizlik Şurasının katibi” vəzifəsində 2016-cı il noyabrın 3-dən çalışırdı.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Vitali Balsanyan Dağlıq Qarabağ rejiminin 2020-ci ildə keçirəcəyi “prezident seçkisində” namizəd olmaq arzusundadır.

Bako Saakyan 2007 və 2012-ci illərin “ümumxalq seçkilərində” “prezident” seçilib. Rejimin 2017-ci ildə qəbul etdiyi yeni “konstitusiya” ilə Bako Saakyanın səlahiyyət müddəti 2020-ci ilədək uzadılıb.

1991-ci ildən bəri Dağlıq Qarabağ rejiminə Leonard Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan , Robert Köçəryan, Arkadi Qukasyan da rəhbərlik ediblər.

Erməni diplomat BMT baş katibinin müavini oldu

  • 11 İyun 2019
  • comments

Cəbhəçiyə söyüş ittihamı, 100 manat cərimə

  • 11 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda