• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moldova: hərənin öz fərmanı var

  • 11 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Moldovada ikihakimiyyətlilik davam edir. Novator.az-ın məlumatına görə, iyunun 11-də prezident İqor Dodon parlamentin buraxılması barədə fərmanı ləğv edib.

İyunun 8-dən ölkədə yeni hökumət məsələsinə fərqli yanaşmalar səbəbindən siyasi böhran yaranıb.

Fevralın 24-də keçirilmiş parlament seçkisində Rusiyaya yaxınlığı ilə tanınan prezident İqor Dodona dəstək verən Sosialist Partiyası qalib gəlib. Bu qurum 101 yerlik parlamentdə 35 mandata sahib çıxıb. Qərbə yaxın qurumlardan Demokrat Partiyası 30 mandat, ACUM bloku 26 mandat götürüb. Şor Partiyası 7 mandat əldə edib. Qalan 3 mandat müstəqil namizədlərə qismət olub.

Demokrat Partiyası ilə ACUM bloku hökumət qurmaq üçün dil tapa bilməyib.

İyunun 8-də Sosialist Partiyası ilə ACUM bloku parlament çoxluğu formalaşdıraraq yeni hökumət qurublar. Sosialist Partiyasının sədri Zinaida Qreçanıy parlament sədri seçilib, ACUM blokundan Mayya Sandu baş nazir postuna gətirilib.

Ancaq Konstitusiya Məhkəməsi hökumət qurmaq üçün 90 günlük müddətin iyunun 7-də bitdiyini əsas gətirərək qərarı ləğv edib. Prezident İqor Dodonu vəzifədən müvəqqəti uzaqlaşdıran Konstitusiya Məhkəməsi onun səlahiyyətlərini Demokrat Partiyasının lideri, baş nazir Pavel Filipə həvalə edib. Pavel Filip isə parlamenti buraxaraq sentyabrın 6-na növbədənkənar parlament seçkisi təyin edib.

İyunun 11-də Pavel Filipin fərmanını ləğv edən İqor Dodon bildirib ki, parlament partiyaları ilə məsləhətləşmələrdə qanunverici orqanın buraxılmasının konstitusiyaya uyğun olmadığı qənaətinə gəlinib.

1975-ci il təvəllüdlü İqor Dodon 2016-cı il noyabrın 13-də prezident seçilib. Əvvəllər Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub.

Sultanlığa etirazlar

  • 11 İyun 2019
  • comments

Neft: hasilat statistikası, qiymətlər

  • 11 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda