• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistə qarşı iddia: nazir ən ağır cəzalar istəyir

  • 10 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyunun 10-da Nəsimi Rayon Məhkəməsi Səhiyyə Nazirliyinin jurnalist Teymur Kərimova qarşı iddiası üzrə hazırlıq iclasını davam etdirib.

Mayın 18-də Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. O deyib ki, səhiyyə sistemində rüşvətxorluq hökm sürür.

Səhiyyə Nazirliyi isə bəyan edib ki, Teymur Kərimovun anası dövlət hesabına müalicə olunur, bütün ittihamlar əsassızdır. Daha sonra nazirlik Teymur Kərimovu məhkəməyə verib. İddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş edilib.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq haqqındadır. Bu maddə ilə təqsirli bilinən şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İyunun 7-də keçirilən hazırlıq iclasında jurnalistin vəkilləri bildiriblər ki, hüquqi şəxs fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməz. Vəkillərin bununla bağlı qaldırdığı vəsatətə baxılması üçün hazırlıq iclası iyunun 10-dək təxirə salınıb.

İyunun 10-da məhkəmə nazirliyin iddiasına baxılmasını mümkün saymayıb. Ancaq məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev özü xüsusi ittiham qaydasında iddia qaldırıb. Nazir jurnalistin həm 147.2, həm də 148-ci maddələrdə nəzərdə tutulan cəzanın ən yuxarı həddində cəzalandırılmasını istəyir. Azadliq.org-un məlumatına görə, Oqtay Şirəliyev iddia ərizəsində yazıb ki, jurnalist nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə suçlayıb.

Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqirə görə məsuliyyəti nəzərdə tutur. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nazirin şikayətinə iyunun 14-də hakim Azər Tağıyev baxacaq.

1950-ci il təvəllüdlü Oqtay Şirəliyev 20 oktyabr 2005-ci ildən səhiyyə naziridir.

Teymur Kərimovun anası iyunun 7-də vəfat edib.

Nazir jurnalisti məhkəməyə verib

Nazirliyin jurnalistə qarşı iddiasına baxılır

Jurnalistikanın bədxassəli şişi

Seçmə mərhələdə vəziyyət

  • 10 İyun 2019
  • comments

Həkimlər İsgəndər Həmidova nə məsləhət görüb?

  • 10 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda