• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlk titul Portuqaliyaya qismət oldu

  • 10 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

UEFA Millətlər Liqasının final raundu başa çatıb. Novator.az-ın məlumatına görə, iyunun 9-u Portuqaliyanın Portu şəhərində keçirilən final matçında yerli komanda Hollandiya yığmasını 1:0 hesabı ilə udaraq turnirin qalibi olub.

Üçüncü yer uğrunda oyunda İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtda hesab açılmayıb, penalti seriyasında isə ingilislər üstün gəlib – 6:5.

İyunun 5-i və 6-da keçirilmiş yarımfinal oyunlarında Portuqaliya İsveçrəni, Hollandiya isə İngiltərəni 3:1 hesabı ilə yenmişdi.

Yığma komandaların yeni turniri olan Millətlər Liqasının qrup mərhələsi ötən ilin sentyabr-noyabr aylarında keçirilib.

Hollandiya, İsveçrə, Portuqaliya və İngiltərə final raunduna A divizionu qruplarının qalibləri kimi vəsiqə qazanıblar.

B divizionundan Ukrayna, İsveç, Bosniya və Danimarka A divizionuna, C divizionundan Şotlandiya, Finlandiya, Norveç və Serbiya B divizionuna yüksəliblər.

D divizionunun 3-cü qrupunda yarışan Azərbaycan Kosovo ilə 0:0 və 0:4, Malta ilə iki dəfə 1:1, Farer adaları ilə 2:0 və 3:0 nəticələrinə imza atıb, turniri 9 xalla ikinci sırada bitirib.

Kosovo, eləcə də D divizionunun digər qalibləri Gürcüstan, Belarus və Makedoniya C divizionuna adlayıblar.

Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir vəsiqə verir. Bunun üçün 2020-ci ilin martında qrup qalibləri arasında əlavə matçlar keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.

Cəbhədə yeni itki

  • 10 İyun 2019
  • comments

Moldovada ikihakimiyyətlilik

  • 10 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda