• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhədə yeni itki

  • 10 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə, bölgədə gərginliyi artırmağa xidmət edir”. Azərbaycanın Xarici İşlər Nazirliyi belə açıqlama yayıb.

İyunun 9-u cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Şəhid həmin gün torpağa tapşırılıb. Report.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun Köhnəqışlaq kəndinin sakini idi.

Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı açıqlamasında deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə, bölgədə gərginliyi artırmağa xidmət edir: “Bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik mayın 27-dən 30-dək bölgədə səfərdə olublar. Beynəlxalq vasitəçilər Yerevanda Ermənistanın baş naziri, Xankəndidə Dağlıq Qarabağ rejiminin başçısı, Bakıda Azərbaycan prezidenti və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər. Həm Ermənistanda, həm Azərbaycanda xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparılıb.

Həmsədrlərin səfərində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın görüşü razılaşdırılıb.

Cəhənnəmdən keçmiş mələk (125)

  • 07 İyun 2019
  • comments

İlk titul Portuqaliyaya qismət oldu

  • 10 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda