• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi məhbuslar üzrə məruzəçi sentyabra ümid edir

  • 07 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfərə gələ bilməyib. Səfər bu həftəyə planlaşdırılmışdı. Azərbaycan hakimiyyəti iyunun 5-6-da qeyd olunmuş Ramazan bayramını əsas gətirərək səfəri əlverişsiz hesab edib.

“Turan”ın məlumatına görə, məruzəçi hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərinin təxirə salınmasından məyus olduğunu bildirib: “Sentyabrı gözləyəcəyik”.

Novator.az bildirir ki, islandiyalı deputat Torhildur Sunna Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna 2018-ci il iyunun 25-də gətirilib.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı əvvəlki məruzəçisi almaniyalı deputat Kristofer Ştrasser olub. AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsi Ştrasseri 2009-cu ilin martında məruzəçi təyin edib. Lakin o, vəzifəni faktiki icra edə bilməyib. Ştrasser Bakıya gəlmək üçün bir neçə dəfə Azərbaycan hökumətinə müraciət etsə də, zəruri dəvəti ala bilməyib. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat 2013-cü ildə AŞPA-da qəbul edilməyib. Bundan sonra Ştrasser siyasi məhbuslar üzrə məruzəçi postunu tərk edib.

Torhildur Sunna Evarsdottir 1987-ci il mayın 6-da İslandiyanın Akranes şəhərində anadan olub. Niderlandın Qroningen Universitetində (bakalavr) və Utrext Universitetində (magistr) hüquq təhsili alıb.

2013-cü ildən İslandiyada jurnalist fəaliyyəti ilə məşğul olub.

Torhildur Sunna İslandiya parlamentində Pirat Partiyasını təmsil edir. 2017-ci ildən AŞPA üzvüdür.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun (İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqaları) tam dəqiqləşməmiş siyahısına görə, Azərbaycanda 70 siyasi məhbus var. Onların 50-si inanclı fəaldır (o cümlədən Taleh Bağırov, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov).

Siyasi və ictimai fəallardan 7 nəfər həbsdədir: Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Azad Həsənov.

Məhbusların 5-i jurnalist (Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli), 1-i (Əliabbas Rüstəmov) hüquq müdafiəçisidir.

Ömürlük həbs cəzasına məhkum olunan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov, eləcə də Səid Dadaşbəyli və onunla birgə tutulan Ceyhun Əliyevlə Cahangir Kərimov da siyasi məhbus sayılırlar.

1 məhbus siyasi girovlar bölümündədir: Emin Saqiyev. O, xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağıdır.

Baş redaktorun şikayətinə baxılıb

  • 07 İyun 2019
  • comments

Erməni polkovnik 11 il əvvəlki qətlə görə tutulub

  • 07 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda