• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirliyin jurnalistə qarşı iddiasına baxılır

  • 07 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İyunun 7-də Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyinin jurnalist Teymur Kərimova qarşı iddiası üzrə hazırlıq iclası başlanıb.

Mayın 18-də Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. O deyib ki, səhiyyə sistemində rüşvətxorluq hökm sürür.

Öz növbəsində Səhiyyə Nazirliyi bildirib ki, Teymur Kərimovun anası dövlət hesabına müalicə olunur, bütün ittihamlar əsassızdır. Daha sonra nazirlik Teymur Kərimovu məhkəməyə verib. İddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş edilir.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq haqqındadır. Bu maddə ilə təqsirli bilinən şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

İyunun 7-də keçirilən hazırlıq iclasında jurnalistin vəkilləri bildiriblər ki, Səhiyyə Nazirliyi hüquqi şəxs kimi fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməz. Vəkillərin bununla bağlı qaldırdığı vəsatətə baxmaq üçün hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.

Teymur Kərimov “Amerikanın səsi”nə müsahibəsində deyib ki, onkoloji xəstə olan anasının səhhəti hazırda çox ağırdır: “O, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ümid qalmadığını deyirlər”.

Çernobıl, xilaskar ata və mən

  • 07 İyun 2019
  • comments

Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a...

  • 07 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda