• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir yubileyi iş başında keçirib

  • 07 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Mod.gov.az-ın 6 iyun məlumatına görə, Müdafiə Nazirliyinin baş idarələrindən birində komanda idarəetmə mərkəzinin yeni inzibati binası açılıb. Müdafiə naziri Zakir Həsənova mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə brifinq təqdim olunub. Məruzəyə əsasən, mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir. Onun əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqə, qoşunlardan və qərargahlardan gələn məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir. Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.

Novator.az bildirir ki, iyunun 6-da müdafiə naziri Zakir Həsənovun 60 yaşı tamam olub. Prezident İlham Əliyevin 5 iyun sərəncamı ilə nazir Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Zakir Əsgər oğlu Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

1980-ci ildən Sovet Ordusunun Almaniyadakı qrupunda, 1985-ci ildən Sibir Hərbi Dairəsində xidmət edib.

1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının akademik idarəetmə kurslarında təhsil alıb.

1993-2003-cü illərdə Azərbaycanın Sərhəd Qoşunlarında xidmət keçib, 2003-2013-cü illərdə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı olub.

22 oktyabr 2013-cü ildən müdafiə naziridir.

2003-cü ildə general-mayor, 2005-ci ildə general-leytenant, 2013-cü ildə general-polkovnik rütbəsi alıb.

Qarabağ müharibəsinin iştirakçısıdır.

1998-ci ildə “Sərhəddə fərqlənməyə görə” medalı, 2002-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2004 və 2016-cı illərdə “Azərbaycan Bayrağı” ordeni, 2008-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir. Üç övladı var.

Dövlət Neft Fondu izahat verir

  • 04 İyun 2019
  • comments

Dollar bir nöqtədə: 15 ay geridə qaldı

  • 07 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda