İyunun 7-də Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 15 ayı tamam olub.
2015-ci il fevralın 21-də dolların rəsmi kursu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırılıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən dollar banklara 1,7001 manata təklif edilib. 2018-ci il martın 7-dən 1,7 manat həddi qüvvədədir.
Digər valyutalara gəlincə, iyunun 7-də avro 1,9155, Gürcüstan larisi 0,6228, Rusiya rublu 0,0262, Türkiyə lirəsi 0,2929 manata yüksəlib (Tam siyahı).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 327,7 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.