• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktorun şikayətinə baxılıb

  • 07 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bakı Apellyasiya Məhkəməsində Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktoru Anar Məmmədovun şikayətinə baxılıb.

“Turan”ın məlumatına görə, apellyasiya instansiyası şikayəti təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin Anar Məmmədov  barəsində çıxardığı hökmü qüvvədə saxlayıb.

Anar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə təqsirli bilinib. Baş redaktora 5 il 6 ay şərti azadlıqdan məhrumetmə (2 ili sınaq müddəti olmaqla) cəzası verilib.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

8 iyul açıqlamasında Criminalaz.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Anar Məmmədov Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub. Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Manatın satış qiyməti endi

  • 07 İyun 2019
  • comments

Siyasi məhbuslar üzrə məruzəçi sentyabra ümid edir

  • 07 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetXəbər

Eldar Həsənov – 70

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda