Avropa Parlamentinə seçkinin ilkin nəticələri
Avropa İttifaqının qanunverici orqanına seçkinin ilkin nəticələri bəlli olub. 1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latv...
İnternet cənnətləri
Ekspertlər internetin sürəti, nağdsız ödəniş və ödəmə kartı almaq imkanları meyarlarına əsaslanan reytinq açıqlayıb. Novator.az bildirir ki, “The Local” saytında dərc olunan reytinqə əsasən, rəqəmli xidmət keyfiyyəti sarıdan öncül ölkələr Estoniya, Finlandiya, Norveç və Danimarkadır. Siyahının sonun...
Fəxri adlar: son statistika, sonuncu sərəncam
Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2019-cu il aprelin 1-nə Azərbaycanda 248 nəfər “Xalq” fəxri adına görə, 2924 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb. Prezident İlham Əliyevin 25 may sərəncamı ilə Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub xalq şairi, Kamal Abdulla, Nati...
Ümumi daxili məhsul: rəqəmlər nəyi nişan verir?
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 23,8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Novator.az bildirir ki, 2018-ci ildə 79,8 milyard manatlıq (2017-ci illə müqayisə...
“Ömrün 60 yarpağı”
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazar Ələsgər Talıboğlunun 60 illiik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən söz ustadı Kəmaləddin Qədim Ələsgər Talıboğlunun yaradıcılığından ətraflı söz açıb. Bildirib ki, Ələsgər Talıboğlu “Qəm karvanı”, ...
Çempionlar Liqası: yeni mövsümün komandaları
Novator.az 2019-2020 mövsümündə UEFA Çempionlar Liqasında yarışacaq komandaların siyahısına nəzər salıb. Təsnifat raundunda (25-28 iyun) bu komandalar var: Cəbəllütariqdən “Linkoln”, Andorradan “Santa Kolama”, San Marinodan “Tre Penne”, Kosovodan “Feronikeli”. Azərbaycan təmsilçisi “Qarabağ” turnirə...
Cümhuriyyət ziyarəti
Mayın 27-də prezident İlham Əliyev paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mayın ...
“Futbol+”: məsələ Prezident Administrasiyasında müzakirə olundu
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli mayın 24-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevlə görüşüb. Görüşdə qəzetin dövlət yardımından kənarda qalması müzakirə olunub. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2...
Məzənnə dəyişmələri
Mərkəzi Bank mayın 27-də valyutaların çoxunu bahalaşdırıb. Novator.az-ın məlumatına görə, məzənnələri yüksələn avro banklara 1,9052, Çin yuanı 0,2466, İngiltərə funt sterlinqi 2,1644, Rusiya rublu 0,0264, Türkiyə lirəsi 0,2794 manata təklif olunur. Gürcüstan larisinin rəsmi kursu 0,6115 manata düşüb...
Litvada yeni prezident
Litvada prezident seçkisinin – ikinci turun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, mayın 26-da keçirilmiş səsvermədən iqtisadçı Gitanas Nauseda qalib çıxıb – 65,9%. Parlamentin deputatı İnqrida Şimonitenin 32,8% səs yığdığı bildirilir. Gitanas Nauseda 1964-cü ildə Klaypeda şəhərində do...
Cəhənnəmdən keçmiş mələk (123)
Avtobioqrafik roman Üçüncü bölüm Müəllif: BİRCƏ Bayramları saymasam gəlib-gedənimiz elə də çox olmurdu. Həftənin bir günü Telli mama gəlirdi, o biri həftənin bir günü də günortadan sonra mən Cavidi götürüb onlara gedirdim. Evin iş-gücünü bitirəndən sonra qalırdım sərgərdan; əlimə kitab alammırdım, ...
“Ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq”
AZƏRTAC prezident İlham Əliyevin mayın 23-ü Qafqaz Müsəlmanları İdarəsinin iqamətgahında açılan iftar süfrəsindəki çıxışının mətnini yayıb. İlham Əliyev deyib ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır: “Ölkəmiz...
Cənubi Qafqazda hökumətlər: harada sıxlıqdır?
Cənubi Qafqazda ən iri hökumət Azərbaycandadır. Nazirlər Kabineti Azərbaycanda 34, Ermənistanda 26, Gürcüstanda 11 qurumdan ibarətdir. Novator.az bildirir ki, Ermənistan hökumətinə baş nazir, onun 2 müavini, 12 nazirlik daxildir. Polis orqanı, 2 xidmət, 5 komitə, 6 müfəttişlik də hökumətin tərkib hi...
Sabir Rüstəmxanlının iki kitabının təqdimatı olub
Mayın 23-ü Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, yazıçı, publisist Sabir Rüstəmxanlının “Özümüzdən böyük Sözümüz” və “Xalqın söz silahı” kitablarının təqdimat mərasimi keçirilib. Müəllif Moderator.az-a açıqlamasında deyib ki, bu kitablarda toplananları cavanlıqda yazsa da, indi nəşr el...
Mey gedir
Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, istefa günü iyunun 7-nə təyin olunub. Partiyanın sədri vəzifəsindən getmək avtomatik olaraq baş nazir kürsüsündən ayrılmaq deməkdir. İstefa Böyük Britani...
Fuad Abbasovun iki şikayəti var
Rusiya yaşayan azərbaycanlı jurnalist və bloqçu Fuad Abbasov mayın 16-dan Moskva vilayətinin Korolyov şəhərində miqrantlar məntəqəsində saxlanır. Mayın 24-də ONA jurnalistlə müsahibə yayıb. Fuad Abbasov Rusiyada Qarabağ məsələsini müntəzəm qaldıran, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid e...
Hər şey qeyri-müəyyən olduğu üçün…
Məhbus jurnalist Seymur Həzinin xanımı Nigar Həzi mayın 24-də Novator.az-a danışıb. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Bir nəfərə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı rədd edir və haki...
Tanrının 54 gün sonra göndərdiyi mükafat
İmdad Əlizadə Mayın 23-ü atamın erməni mühasirəsindən çıxdığı gündür. 1993-cü ildə 54 gün davam edən ayrılığın, həsrətin, nisgilin bitdiyi gündür 23 may. Həmin gün Tanrının bizi – Laçın rayonunun ucqar Oğuldərə kənd məktəbinin Moskva və Bakıda ali təhsil almış müəllimi Əli Əliyevin 6 körpə bal...
Gecə təlimi
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Müdafiə Nazirliyinin 23 may məlumatına görə, qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona zərbələr endirilməsi və hücuma keçmə tapşırıqlarını icra edib. Mürəkkəb dağlı...
Köçəryan yenə həbs oluna bilər
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Robert Köçəryanın azadlığa buraxılması və mühakiməsinin dayandırılması qərarlarından apellyasiya şikayətləri verib. Novator.az-ın məlumatına görə, prokurorluq paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarını qanunsuz s...