Mərkəzi Bank 2019-cu ilin beşinci ayının son məzənnələrini açıqlayıb. Mayın 31-də ABŞ dolları 1,7, avro 1,8918, Gürcüstan larisi 0,6077, Rusiya rublu 0,0260, Türkiyə lirəsi 0,2877 manata satılır.
Novator.az valyuta kurslarının yanvar-may aylarında necə dəyişməsinə də nəzər yetirib.
Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107 manatı keçməyib.
Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yanvarda yuxarı rəsmi qiymət 0,6409, fevralda 0,6445, martda 0,6384, apreldə 0,6333, mayda 0,6296 manat olub.
Rusiya rublu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, apreldə 0,0267 manat həddi rəsmiləşib.
Türkiyə lirəsinin ilk rəsmi qiyməti 0,3141 manat göstərilib. Yanvarda maksimum kurs 0,3255, fevralda 0,3275, martda 0,3183, apreldə 0,3073, mayda 0,2877 manat olub.
Beş ayın yekununda avro, lari və lirə ucuzlaşıb, rubl dəyər artırıb.
ABŞ dollarının rəsmi qiyməti isə 2018-ci il martın 7-dən 1,7 manatdır.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif edilib.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait sərf edib. Yanvarda fonddan 634,9 milyon dollar, fevralda 316,2 milyon dollar, martda 600,5 milyon dollar, apreldə 423,7 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.