• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həmsədrlər yeni təkliflər verib

  • 31 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə son səfərləri barədə bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, mayın 27-dən 30-dək regionda olan beynəlxalq vasitəçilər Yerevanda Ermənistanın baş naziri, Xankəndidə Dağlıq Qarabağ rejiminin başçısı, Bakıda Azərbaycan prezidenti və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər. Həm Ermənistanda, həm Azərbaycanda xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıldığı vurğulanır.

Bəyanata görə, səfərin əsas məqsədi dövlət sərhədi və təmas xəttində durumu öyrənmək, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin martın 29-u Vyanada, iki ölkənin xarici işlər nazirlərinin aprelin 15-i Moskvada əldə etdiyi razılaşmaların yerinə yetirilməsi üzrə müzakirələr aparmaq istəyi olub.

Həmsədrlər tərəflərə təhlükəsizlik məsələləri və humanitar addımlar istiqamətlərində konkret təkliflər verdiklərini qeyd edirlər.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın yenidən görüşməyə razılıq verdikləri də vurğulanır.

Nazirlər son dəfə aprelin 15-i Moskvada bir araya gəliblər. Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, ATƏT-in Minsk qrupu həmsədrlərinin, ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilib.

Görüşdə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

 

Mayda Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

  • 31 May 2019
  • comments

İqtisadçı Vergilər Nazirliyinə yeni səlahiyyət ver...

  • 31 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda