• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirdən sənaye hesabatı

  • 30 May 2019
  • comments
  • Novator.az
  • Posted in Şərh

İqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, qeyri-neft sənaye istehsalı 2015-ci ildə 8,4 faiz, 2016-cı ildə 4,8 faiz, 2017-ci ildə 3,7 faiz, 2018-ci ildə 9,1 faiz artıb: “Hazırda sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixrac yönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına yeni imkanlar açır.

Bu baxımdan müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənayenin inkişafının təmin edilməsi, bu sahəyə sahibkar marağının artırılması və daha çox investisiyanın cəlb edılməsi, istehsal sahəsində məşğulluğun yüksəldilməsi vacib amillərdir”.

Nazirin sözlərinə görə, 2019-cu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir: “Həmin müddətdə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstərici hesab olunur. Ümumi daxili məhsulda sənayenin payı 2015-ci ildə 32,9 faiz, 2016-cı ildə 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44,2 faiz, 2019-cu ilin birinci rübündə 46 faiz olub.

Ötən il Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb. İnkişaf meyli 2019-cu ildə də davam edir. Bu ilin ilk rübündə qeyri-neft sektorunda 1,7 faiz, sənaye istehsalında 4,4 faiz, qeyri-neft sənayesində isə 15,6 faizlik artıma nail olunub. Yanvar-mart aylarında ölkənin sənaye sahələrində çalışan işçilərin sayı 204 min nəfəri ötüb, orta aylıq əməkhaqqı isə 1037 manata çatıb.

Sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının yaradılmasının böyük əhəmiyyəti var. Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir: Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları.

İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.

İndiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə 451 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur.

İndiyədək sənaye parklarında 1,36 milyard manat dəyərində məhsul istehsal edilib, bunun 250 milyon manatlıq hissəsi ixrac olunub”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

  • 30 May 2019
  • comments

Vəkil Şəhla Hümbətova Mehman Hüseynova görə cəzala...

  • 30 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda