• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli: “Babək Həsənovdan və Əhsən Nuruzadədən əl çəkin!”

  • 30 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli məhbuslar Babək Həsənov və Əhsən Nuruzadənin təzyiqlərlə üzləşdiyi barədə açıqlama yayıb.

Qarabağ qazisi Babək Həsənov AXCP Nərimanov rayon şöbəsinin sədridir. O, AXCP-ni qanunsuz maliyyələşdirməkdə təqsirli bilinən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun işi üzrə, 2018-ci il mayın 25-də tutulub, 2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Bu iş üzrə Saleh Rüstəmov və daha bir neçə nəfər həbs cəzası alıb.

Əhsən Nuruzadə “Müsəlman Birliyi” Hərəkatının koordinatorudur. 2017-ci il oktyabrın 6-da tutulub. 2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkotik satışında təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov və hərəkatın bir sıra başqa üzvləri də həbsdədirlər. Onlar ağır cinayətlərdə təqsirli biliniblər.

Həm Babək Həsənov, həm də Əhsən Nuruzadə məhkəmənin onlar barəsində çıxardığı hökmü ədalətsiz sayır, rəsmi ittihamları qəbul etmir, siyasi sifarişlə tutulduqlarını söyləyirlər.

Hazırda hər iki məhbus cəzasını Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Əli Kərimli mayın 30-da “Facebook” şəbəkəsində “Babək Həsənovdan və Əhsən Nuruzadədən əl çəkin!” başlığı altında yaydığı açıqlamasında iddia edib ki, cəzaçəkmə müəssisəsində Babək Həsənovu tam təcrid vəziyyətində saxlamaq üçün məhbuslara təzyiq edilir, onlara Babək Həsənovla ünsiyyət saxlamamaq tapşırılır: “Əhsən Nuruzadə rəhbərliyin bu qadağasını pozub Babək bəylə əlaqə saxladığına görə karserə (cərimə kamerası) salınıb. Əhsən bəyi belə sərt cəzalandırıblar ki, başqa məhbuslar da qorxudan Babək bəylə ünsiyyətdən imtina etsinlər”.

Əli Kərimlinin bildirdiyinə görə, Babək Həsənov həm Əhsən Nuruzadənin karserə salınmasına, həm də özünə qarşı aparılan təcrid siyasətinə etiraz olaraq aclıq elan edib.

Açıqlamasında Əli Kərimli Babək Həsənovu aclığı dayandırmağa, cəmiyyəti isə baş verənlərə biganə qalmamağa çağırıb: “Hörmətli Babək bəy, səndən xahiş edirəm ki, aclığı dayandır. Əqidə dostların, bu ölkənin ədalətli və vətənsevər insanları səni də, Əhsən bəyi də müdafiə edəcək! Bu insanların adından sənə söz verirəm, onlar sizdən əl çəkməyənə qədər bizə də rahatlıq olmayacaq. Sizi hər gün, hər saat müdafiə edəcəyik. Əminəm ki, xalqımız igid döyüşçüsünü belə çətin, dar məqamda tək qoymayacaq!”

Beş ayın populyar adları

  • 30 May 2019
  • comments

Avropa Liqası: klublar, mərhələlər

  • 30 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda