• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daha bir jurnalistlə bağlı məhdudiyyət ləğv edilib

  • 30 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Jurnalist Aynurə Heydərovanın ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.

Bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən Aynurə Heydərovanın ailəsinə sənəd təqdim edilib.

Meydan.tv xəbər verir ki, Aynurə Heydərova hazırda Azərbaycanda yaşamır. O, məhdudiyyət qoyulandan sonra Azərbaycana gəlib ailəsi ilə görüşə bilməyib.

Məhdudiyyətin götürülməsi ilə əlaqədar açıqlamasında jurnalist bəyan edib ki, Azərbaycana qayıtmaq istəyir.

Məhdudiyyət 4 il qabaq prokurorluqda “Meydan TV”yə qarşı başlanan cinayət işinə görə qoyulmuşdu.

Eyni işlə əlaqədar daha bir neçə jurnalistin ölkədən çıxışına qadağa vardı. Həmin qadağaların əksəri bugünlərdə ləğv edilib.

Son günlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi jurnalistlər Aynur Elgünəş, Aytən Fərhadova, Aytac Əhmədova, Tural Əsədli, Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova, Sevinc Vaqifqızı, Orxan Məmməd, Elnur Muxtar və yazar Rasim Qaracanın ölkədən çıxışına qoyulan məhdudiyyətləri götürüb.

Ölkədən çıxışına qadağa qoyulmuş jurnalistlərin bir qrupu mayın 3-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirmişdi.

2019-cu ilin fevral ayında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yaymışdı. Sənəddə qeyd olunmuşdu ki, ölkədən çıxışına qadağa qoyulan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, 1 nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.

Xarici ölkələrə səfər məhdudiyyəti ləğv edilən jurnalistlərin bir çoxu hazırda da “Meydan TV” ilə əməkdaşlıq edirlər.

Tolum.tv-nin məlumatına görə, hüquqşunas Emin Aslanın da “Meydan TV”yə qarşı açılan cinayət işinə görə ölkədən çıxışına qadağa var. Bu qadağa hələ ləğv edilməyib.

Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib

  • 30 May 2019
  • comments

Həmsədrlərlə görüş

  • 30 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda