• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ümumi daxili məhsul: rəqəmlər nəyi nişan verir?

  • 27 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 23,8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Novator.az bildirir ki, 2018-ci ildə 79,8 milyard manatlıq (2017-ci illə müqayisədə 1,4 faiz çox) ÜDM istehsalı qeydə alınıb.

2017-ci ildə 70,1 milyard manatlıq, əvvəlki illə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1% düşüb.

2003-cü ildə ÜDM-in artımı 11,2% təşkil edib. 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.

2011-ci ildə ÜDM-in həcmi əvvəlki illə müqayisədə 0,1% artıb. Qalan illərdə artım belə olub: 2012-ci il – 2,2%, 2013-cü il – 5,8%, 2014-cü il – 2,8%, 2015-ci il – 1,1%.

Mayın 27-də özünün “Facebook” səhifəsində şərh yayan iqtisadçı Qubad İbadoğlu yazır ki, devalvasiya və pis idarəçilik Azərbaycan iqtisadiyyatını 28 ildən çox geri salıb: “ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər. Devalvasiyadan 5 il ötdüyünü nəzərə alsaq, itkilərin bərpası üçün 28,5 il lazım gələcək. Bu o deməkdir ki, 2014-cü il səviyyəsinə 2042-ci ilin sonunda çata bilərik.

2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-si ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46,9 milyard dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75,6 milyard dollar) 28,7 milyard dollar aşağıdır. Bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər”.

2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.

Qubad İbadoğlu həmçinin qeyd edir ki, 2019-cu ilin birinci rübündə ABŞ-da ÜDM istehsalı 3,2 faiz artıb: “ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trilyon dollar olub. 3,2 faizlik illik artım mütləq ifadədə 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. Birinci rübdəki artım tempi saxlanacağı halda ABŞ-ın yalnız illik artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün ÜDM-indən 13 dəfə çox olacaq”.

“Ömrün 60 yarpağı”

  • 27 May 2019
  • comments

Fəxri adlar: son statistika, sonuncu sərəncam

  • 27 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda