• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Futbol+”: məsələ Prezident Administrasiyasında müzakirə olundu

  • 27 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli mayın 24-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevlə görüşüb. Görüşdə qəzetin dövlət yardımından kənarda qalması müzakirə olunub.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu il aprelin 1-dən sahə nəşrlərinin, o cümlədən 1997-ci ildən çıxan aparıcı idman qəzeti “Futbol+”in maliyyəsini kəsib.

Qərara qədər “Futbol+” fonddan ayda 5 min manat alıb. Bundan məhrum olan “Futbol+” maliyyə böhranı keçirir, qəzetin dövriliyi həftədə 5 dəfədən 4 dəfəyə enib.

Redaksiya hesab edir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qərarı “Futbol+”i çökdürməyə yönəlmiş addımdır. “Futbol+” qərara yenidən baxılmasını, aylıq maliyyənin bərpasını tələb edir və etiraz aksiyaları keçirir.

Mayın 23-də kollektiv Prezident Administrasiyasının qarşısında toplaşmağa cəhd göstərib. Polis aksiyanın qarşısını alıb, amma baş redaktora və iki əməkdaşa administrasiyanın qəbul şöbəsində olmaq imkanı yaradıb. Oradan telefonla ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanovla əlaqə saxlayan Mahir Rüstəmliyə mayın 24-də digər müdir müavin Vüqar Əliyevlə görüşmək təklif olunub.

Novator.az-a danışan Mahir Rüstəmli deyib ki, mayın 24-də Vüqar Əliyev onu qəbul edib: “Vüqar Əliyevə ölkənin ən populyar idman nəşrinin maliyyələşmədən kənarda qalmasının ağır nəticələri barədə ətraflı məlumat verdim, “Futbol+”in media bazarından sıxışdırılıb çıxarılmasını ədalətsizlik saydığımı bildirdim. Administrasiya rəsmisi “Futbol+”in üzləşdiyi problemin diqqət mərkəzində olduğunu, məsələnin prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla müzakirə ediləcəyini dedi”.

Mahir Rüstəmli əlavə edib ki, redaksiyanın davası pul davası yox, haqq davasıdır: “Hörmətsizliyə, ayrı-seçkiliyə məruz qalan idman mediası üçün haqq davası aparırıq. Bu yoldan geri çəkilmək fikrimiz yoxdur. Maliyyə yardımından kənarda qalmağımızla barışmırıq”.

Qəzetlərə maliyyə yardımı: şərtlər dəyişdi

Baş redaktor: “Fəlakətin astanasındayıq”

“Futbol+” aksiyalara başlayıb

“Futbol+” aksiyaya getdi, əməkdaşlara yenə söz verdilər

Məzənnə dəyişmələri

  • 27 May 2019
  • comments

Cümhuriyyət ziyarəti

  • 27 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda