Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb.
Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakıda tutulub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik satarkən tutduğu açıqlanıb. Məlumata görə, Şəfəq Ağacan çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.
Mayın 3-də Xətai Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist ittihamları qəbul etmir, şərləndiyini deyir.
Şəfəq Ağacanın istintaq təcridxanasında aclıq aksiyasına başladığı haqda məlumat mayın 21-də sosial şəbəkə vasitəsilə yayılmışdı. Baş redaktorun aclıq aksiyası keçirməklə istintaqın gedişinə etiraz etdiyi bildirilirdi.
Mayın 23-də jurnalistin oğlu oğlu Fuad Ağabalayev “Azadlıq” radiosuna deyib ki, aclıq aksiyası mayın 20-si başlanıb: “Anamın tәlәbi istintaqın qәrәzsiz vә düzgün aparılmasıdır”.
Fuad Ağabalayevin sözlərinə görə, mayın 23-də ürək çatışmazlığından əziyyət çəkən anasının sәhhәti kәskin pislәşib vә Bakı İstintaq Tәcridxanasına hәkimlәr gәlib: “Hәkimlәr aclıq dayanmasa anamın ölә bilәcәyini deyiblәr. Sonra isә anamın yanına istintaq aparan qurumun nümayәndәlәri gәliblər vә ona istintaqın düzgün aparılacağına söz veriblәr. Bunu nәzәrә alaraq anam aclıq aksiyasını dayandırıb”.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov “Turan”a açıqlamasında Şәfәq Ağacanın aclıq aksiyası keçirmәsi üçün müraciәt etdiyini tәsdiqlәyib. Lakin Mehman Sadıqov bildirib ki, aksiya heç bir gün çәkmәyib: “Mәsәlә cinayәt işi ilә bağlı idi. Ona vәziyyәtin hәlli yolları izah edildi, profilaktik söhbәt aparıldı. O da vәziyyәti başa düşdü vә digәr әrizә yazaraq aclıq aksiyasını dayandırdı. İndi qida da, su da qәbul edir”.
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Sumqayıtdakı 27 saylı orta məktəbin məzunudur. Bakı Slavyan Universitetini filoloq ixtisası ilə bitirib.