• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mey gedir

  • 24 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcəyini açıqlayıb.  Novator.az-ın məlumatına görə, istefa günü iyunun 7-nə təyin olunub. Partiyanın sədri vəzifəsindən getmək avtomatik olaraq baş nazir kürsüsündən ayrılmaq deməkdir.

İstefa Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtləri ilə bağlı fikir ayrılıqlarından doğur. Hökumətin bir çox üzvü Tereza Meyin Avropa İttifaqı ilə razılaşdırdığı şərtləri qəbul etmir.

Böyük Britaniya Avropa İttifaqından bu il ayrılmalıdır.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Tereza Mey 1956-cı il oktyabrın 1-də İstborn şəhərində doğulub. Oksford Universitetini bitirib. Gənc yaşlarında İngiltərə Bankında və Londonun özünüidarə orqanlarında işləyib.

2010-cu ildən Devid Kemeron hökumətində qadın və bərabərlik məsələləri naziri postunu tutub, sonradan daxili işlər naziri olub. 1997-ci ildən İcmalar Palatasının deputatıdır.

Mühafizəkarlar Partiyasına 1997-ci ildə qoşulub, 2016-cı il iyulun 11-dən qurumun lideridir.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Fuad Abbasovun iki şikayəti var

  • 24 May 2019
  • comments

Sabir Rüstəmxanlının iki kitabının təqdimatı olub

  • 24 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda